Keçid linkləri

2025, 05 İyul, şənbə, Bakı vaxtı 17:26
'Səfərovlar böhranı' böyüyür: 'Azərbaycan Rusiyanın təsirindən çıxır'
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

'Səfərovlar böhranı' böyüyür: 'Azərbaycan Rusiyanın təsirindən çıxır'

Canlı Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, əməliyyat zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Rusiya bildirir ki, reyd 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətllərin istintaqı çərçivəsində aparılıb.

Azərbaycan da Rusiyaya nota verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, iyulun 1-də səfir Rəhman Mustafayevin Rusiya XİN-də görüşündə ilk növbədə Yekaterinburqda azərbaycanlıların "qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması" ilə bağlı onların etiraz notası qarşı tərəfə təqdim olunub.

""Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı səfir ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur", - Azərbaycan XİN vurğulayıb.

Əlavə edilib ki, bu il fevralın 12-də "Rossiya Seqodnya"nın Bakı filialının rəhbərini çağıraraq onların Azərbaycanda filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb. Filialın fəaliyyətini üç gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. XİN bildirir ki, buna baxmayaraq, filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib. Daxili İşlər Nazirliyi bu qanunsuz fəaliyyət ilə bağlı cinayət işi başladıb.

"Bununla əlaqədar Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb", - Azərbaycan XİN sonda da bildirir.

İyulun 1-də Bakının Xətai rayon Məhkəməsi "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan şəxslərlə bağlı qərar verib. Məhkəmənin qərarı ilə "Sputnik-Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Yekaterinburq olaylarına görə Azərbaycanda cinayət işi açılıb

"Rusiyada azərbaycanlıların işgəncəyə məruz qalması, xüsusi amansızlıqla öldürülməsi ilə bağlı Azərbaycanda cinayət işi başlanıb". Bu barədə iyulun 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İyunun 27-də Yekaterinburq şəhərində Rusiya güc strukturları əməliyyat keçirib, bir qrup Azərbaycan vətəndaşını və Azərbaycan əsilli şəxsi əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə şübhəli kimi saxlayıblar. Prokurorluq bildirir ki, saxlananlar bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qalıblar: "Nəticədə 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı Hüseyn Səfərov saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 55 yaşlı, taksi sürücüsü, iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb".

Azərbaycan Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə, vəzifə səlahiyyətlərini aşma (ağır nəticələrə səbəb olduqda), işgəncə vermə və digər maddələri ilə cinayət işi başlanıb.

AB səfirindən Yekaterinburqdakı zorakılığa reaksiya

Avropa İttifaqının (Aİ) Azərbaycandakı təmsilçiliyinin rəhbəri Peter Mixalko Rusiyada azərbaycanlıların zorakılığa məruz qalmasından narahatlıq bildirib.

"Rusiyada etnik azərbaycanlıların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən zorakılıq, işgəncə, qeyri-insani rəftara məruz qalmasından, bunun ölüm halları ilə nəticələnməsindən dərindən narahatam. Fikirlərim qurbanların və onların ailələrinin yanındadır”, – P.Mixalko X postunda yazıb.


'Rusiya Azərbaycanı cilovlamağa cəhd edir' - Bakı-Moskva gərginliyi pik həddə

'Rusiya Azərbaycanı cilovlamağa cəhd edir' - Bakı-Moskva gərginliyi pik həddə
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Davamı

XS
SM
MD
LG