- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Həbsdə olan ictimai fəal Rail Abbasova prokuror 8 il həbs cəzası istəyib.
Müdafiə nazirinin keçmiş müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı olmuş Kərəm Mustafayevin məhkəmədə dindirilməsi tələb edilir.
"Xural TV"nin rəhbəri, ilyarımdır həbsdə olan Əvəz Zeynallıya 9 il həbs cəzası kəsilib.
Rəsmi etiraflara görə də, son illər Azərbaycanda əhaliyə məxsus fərdi təsərrüfatlarda mal-qaraların sayı azalır.
Bakıda "Demirchi Tower", "AGA Center", "Caspian Plaza", "Caspian Business Center", "Ariana Business Park" kimi biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Qafar Dəmirçi Şəkidə ağacları kəsdirib təbiətə 8 milyon 300 min manata yaxın ziyan vurmaqda suçlanır.
Təqsirləndirilən üç nəfərin heç biri ittihamı qəbul etmir, orada yazılanları "uydurma" adlandırır.
"Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun valyuta qaçaqmalçılığı ittihamına xitam verilib.
İlin son ayı, Qərbdə Milad bayramı öncəsi Azərbaycanda müstəqil mediaya, vətəndaş cəmiyyətinə hücumlar artdı.
Bir ildir həbsdə olan ictimai fəal İlhamiz Quliyevə 3 il həbs cəzası kəsilib.
Məhkəmədə son sözünü deyən R.Səfərsoy bildirib ki, evindən tapıldığı iddia edilən silahı ora polislərin özləri atıb, özləri də götürüblər.
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü, bir ildir həbsdə olan Möhyəddin Orucov deyir ki, onu anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə öncə 1 aylıq inzibati qaydada həbs etdilər...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadəyə 6 il 6 ay həbs cəzası kəsilib.
Azərbaycanın İranla sərhəd rayonlarında banklarla yanaşı, qara bazarların da fəaliyyət göstərdiyi bildirilir.
"Müdafiə Xətti" insan haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov deyir ki, ölkədə haqqı pozulanları müdafiə etdiyinə görə mərhum jurnalist Elmar Hüseynov kimi güllələnəcəyini gözləyirdi, amma həbs olundu.
İstanbul Universitetinin doktorantı, ötən ilin avqustundan həbsdə olan Fazil Qasımovun 165 gündür aclıq aksiyasını davam etdirdiyi bildirilir.
7 ilə yaxın həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə daha 10 il cəza verilməsi istənilib.
Bakının Şüvəlan qəsəbəsinin sakini Mahir Hüseynov həbs edilib.
Hər iki qolu iflic olan I qrup əlil Famil Xəlilov deyir ki, həbs olunarkən əynindəki şortikin, ümumiyyətlə, cibi yox idi. Amma polislər iddia edirlər ki, narkotik Familin şortikinin cibindən çıxıb. Özü də iflic olan əliylə özü çıxarıb.
Bir ildir həbsdə olan ictimai fəal İlhamiz Quliyevə 7 il həbs cəzası istənilib.
Vəkil Fariz Namazlı axşam vaxtı kafedə dostları ilə əyləşdiyi yerdə qəfildən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılması, orada saat 12-ədək dindirilməsinə görə şikayətçi olsa da, Səbail rayon Məhkəməsi baş verənləri qanunsuz saymayıb.
Davamı