Keçid linkləri

2025, 05 İyul, şənbə, Bakı vaxtı 12:43
'Səfərovlar böhranı' böyüyür: 'Azərbaycan Rusiyanın təsirindən çıxır'
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

'Səfərovlar böhranı' böyüyür: 'Azərbaycan Rusiyanın təsirindən çıxır'

Canlı Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, əməliyyat zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Rusiya bildirir ki, reyd 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətllərin istintaqı çərçivəsində aparılıb.

Uraldakı Azərbaycan diasporunun rəhbəri sərbəst buraxılıb

Yekaterinburqda "Azərbaycan-Ural" təşkilatının rəhbəri Şahin Şıxlinski saxlanılıb. Bu haqda "УРАЛ LIVE" Teleqram-kanalı Azərbaycan diasporu rəhbərinin oğlu, hüquqşünas Mütvəli Şıxlinskiyə istinadən xəbər verir. O bildirib ki, saxlanmazdan əvvəl onun atasını şüşələri qaralmış avtomobildə adamlar izləyiblər. "Baza" Teleqram-kanalının məlumatına görə, Şıxlinski oğlu ilə birlikdə saxlanılıb.

"Bizi avtozaka mindirib naməlum istiqamətə apardılar. Bundan sonra məni buraxdılar, atam isə, bildiyimə görə, Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb", - M.Şıxlinski bildirib.

Dindirildikdən sonra Ş.Şıxlinski sərbəst buraxılıb. O, Səfərov qardaşları ilə bağlı cinayət işində şahid qismində istintaqa cəlb olunub.

Voronejdə azərbaycanlı sahibkar saxlanıb

Voronejdə regionun ən böyük Alekseyevski bazarının ortaq sahibi Yusif Xəlilov saxlanılıb. Daha sonra işadamı sərbəst buraxılıb.

8 Rusiya vətəndaşı həbs olunub

İyulun 1-də Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib.

Yerli saytların məlumatına görə, Səbail rayon Məhkəməsində keçirilən prosesdə 8 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onların Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlandığı vurğulanır.

Bu məlumatlara nə Azərbaycanın, nə də Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olub.

Azərbaycan səfirinə Rusiya XİN-ə çağrılaraq nota verilib

Rusiya XİN
Rusiya XİN

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iyulun 1-də Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

"Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə səfirə Bakının son qeyri-dost hərəkətləri, Azərbaycan tərəfinin ikitərəfli münasibətlərin pozulmasına yönəlmiş düşünülmüş addımları ilə bağlı rəsmi etiraz çatdırılıb", - məlumatda bildirilir.

Vurğulanıb ki, azərbaycanlı diplomata Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal həbsdən azad olunması tələbi ilə şifahi nota təqdim edilib.

XİN bildirib ki, Yekaterinburqda Rusiya Federasiyası vətəndaşı olan, Azərbaycan əsilli şəxslərlə bağlı istintaq hərəkətləri Rusiya qanunvericiliyinə tam uyğun şəkildə aparılıb.

"Azərbaycanın Rusiya hüquq-mühafizə orqanlarını səlahiyyətlərini aşmaqda ittiham etmək cəhdləri Rusiya Federasiyasının daxili işlərinə müdaxilə sayılır. Bu məsələyə dair ətraflı məlumat Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən təqdim olunub", - Rusiya XİN açıqlamasında bildirib.

Davamı

XS
SM
MD
LG